İbrahim Nəbioğlunun yeni kitabı təqdim olundu
![]()
Bakıda jurnalist və alim İbrahim Nəbioğlunun “Oxumaq və unutmaq paradoksu” kitabının təqdimatı keçirilib.
Manera.az xəbər verir ki, “LIBRAFF” kitab mağazasında təşkil olunan tədbirdə akademik Rafael Hüseynov müəllifin elmi və maarifçilik fəaliyyətindən danışaraq nəşrin əhəmiyyətini vurğulayıb.
Təqdimatda tanınmış elm və mədəniyyət xadimləri iştirak edərək kitabın məzmunu, mütaliə və insan yaddaşı ilə bağlı mövzular haqqında fikirlərini bölüşüblər.
Sonda İbrahim Nəbioğlu oxucularla görüşüb və kitabını imzalayıb.![]()