manera.az
manera.az

Deputat: "İki dövlətin birliyinə toxunmayın"

📅 18.11.2026 10:56

Deputat: "İki dövlətin birliyinə toxunmayın"

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Azərbaycan–Türkiyə münasibətlərinə kölgə salmağa və iki qardaş ölkə arasında süni gərginlik yaratmağa yönələn cəhdlərə sərt münasibət bildirib.

Manera.az xəbər verir ki, deputat bu barədə paylaşımında Azərbaycan–Türkiyə qardaşlığının tarixi köklərə, ortaq milli yaddaşa və sarsılmaz mənəvi bağlara əsaslandığını vurğulayıb.

Tənzilə Rüstəmxanlı Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ailələri ilə birlikdə Şuşada nümayiş etdirdikləri səmimi mənzərənin bütün dünyaya mühüm mesaj olduğunu qeyd edib.

“Azərbaycanla Türkiyə təkcə iki müttəfiq dövlət deyil, bir millətin iki dövlətidir. Bu qardaşlığın arasına heç kim girə bilməz.” – deyə deputat bildirib.

Deputat iki ölkənin münasibətlərinə xələl gətirə biləcək məsuliyyətsiz açıqlamaları tənqid edərək dövlətlərarası münasibətlərin şəxsi ambisiyaların və siyasi maraqların predmetinə çevrilməsinin yolverilməz olduğunu diqqətə çatdırıb.

“Əgər bu qardaşlığa bir xeyriniz dəymirsə, heç olmasa zərər verməyin. Susun. Millətin taleyi, iki qardaş dövlətin münasibətləri sizin şəxsi ambisiyalarınızın, siyasi oyunlarınızın meydanı deyil!”
– deyə Tənzilə Rüstəmxanlı vurğulayıb.

Deputat Azərbaycan–Türkiyə münasibətlərinin dərin tarixi köklərə malik olduğunu, bu qardaşlığın Çanaqqaladan, Qafqaz İslam Ordusunun tarixi missiyasından, Qarabağdan və Şuşa Zəfərindən güc aldığını bildirib.

Elmir,
Manera.az


Baxış sayı - 83 | Yüklənmə tarixi: 18.11.2026 10:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30