manera.az
manera.az

İsa Həbibbəyli: Dissertasiya mövzularında Azərbaycan dilinin saflığı qorunmalıdır

📅 18.11.2026 10:45

İsa Həbibbəyli: Dissertasiya mövzularında Azərbaycan dilinin saflığı qorunmalıdır
AMEA-nın Rəyasət Heyətində doktoranturaya qəbulun nəticələri, dissertasiya mövzularının müəyyənləşdirilməsi və rəqəmsal hesabat sisteminə keçidlə bağlı müşavirə keçirilib.

Manera.az xəbər verir ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli dissertasiya mövzularının seçimində aktuallıq və elmi yeniliyin əsas götürülməsinin vacibliyini vurğulayıb.

Akademik bildirib ki, dissertasiya mövzularının adlarında Azərbaycan dilinin saflığı qorunmalı, zərurət olmadıqda xarici mənşəli söz və terminlərdən həddindən artıq istifadə edilməməlidir.

İsa Həbibbəyli süni intellekt, rəqəmsal inkişaf, milli-mənəvi dəyərlər və azərbaycançılıq kimi istiqamətlərin elmi tədqiqatlarda daha geniş yer almasının zəruriliyini qeyd edib.

Müşavirədə AMEA-nın dörd institutunda rəqəmsal hesabat sisteminin pilot layihə kimi tətbiqinə başlanıldığı da diqqətə çatdırılıb.


Baxış sayı - 69 | Yüklənmə tarixi: 18.11.2026 10:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30