Xalq yazıçısı Elmira Axundova ilə görüş keçiriləcək
![]()
Noyabrın 24-də saat 12:00-da Azərbaycan Dillər Universitetində (ADU) Xalq yazıçısı Elmira Axundova ilə görüş və müəllifin yeni kitablarının təqdimatı keçiriləcək.
Tədbirdə yazıçının “Heydər Əliyev – Azərbaycan multikulturalizmi siyasətinin banisi” və “Ədəbi gəzintilər: Zaman… Süjetlər… Düşüncə…” kitabları təqdim olunacaq.
Görüşdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq yazıçısı Natiq Rəsulzadə və tanınmış jurnalist Mixail Qusman iştirak edəcəklər.
Tədbir zamanı Elmira Axundovanın yaradıcılığı, publisistik fəaliyyəti və kitablarının məzmunu barədə söhbət aparılacaq, müəllim və tələbələrin sualları cavablandırılacaq.![]()