manera.az
manera.az

Azərbaycan Yazıçılar Birliyində ukraynalı yazarlarla görüş keçirilib

📅 18.11.2026 10:35

Azərbaycan Yazıçılar Birliyində ukraynalı yazarlarla görüş keçirilib
Azərbaycan Yazıçılar Birliyində (AYB) ukraynalı qonaqlarla görüş keçirilib.

Manera.az xəbər verir ki, qonaqları Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qəbul edib.

Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev, yazıçı-alim Perro Kralyuk, yazıçı Svetlana Emeç, publisist və naşir Aleksandr Krasoviskiy, səfirliyin əməkdaşı Aleksandr Onişenko iştirak ediblər.

Azərbaycan tərəfini görüşdə AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, AYB sədrinin baş müşaviri Rauf Aslanoğlu və şair Məhəmməd Rəsuloğlu təmsil ediblər.


Baxış sayı - 104 | Yüklənmə tarixi: 18.11.2026 10:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30