manera.az
manera.az

Ankarada mədəniyyətlərarası festivalda Azərbaycan küləyi əsdi - Fotolar

Ankarada mədəniyyətlərarası festivalda Azərbaycan küləyi əsdi - Fotolar

Bu gün Türkiyənin OSTİM Texniki Universitetində Beynəlxalq Mədəniyyət Günü Festivalı keçirilib.

Manera.az xəbər verir ki, Türkiyə ilə yanaşı Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan, Özbəkistan, Hindistan, Misir, Anqola və Mozambik kimi bir çox ölkənin iştirakı ilə baş tutan festival mədəni sərvətlərin sərgiləndiyi bayrama çevrilib.

Azərbaycan festivalda ölkənin Ankaradakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin töhfələri ilə təmsil olunub. Azərbaycan stendində ölkənin tarixinə və mədəniyyətinə dair nəşrlər, Heydər Əliyev Fondunun nəşr etdiyi kitablar, ənənəvi xalça və kilimlər, milli mətbəx nümunələri ziyarətçilərə təqdim olunub.

Universitetin rektoru Prof. Dr. Murat Yülek festivalın açılış nitqi ilə çıxış edərək tədbirin tələbələr arasında böyük maraq doğurduğunu və fərqli mədəniyyətlərin tanıdılmasının vacibliyini vurğulayıb. Bədii tədbirlər çərçivəsində “Xəzər” rəqs qrupu Azərbaycanın milli rəqslərini ifa edərək tamaşaçılara maraqlı anlar yaşadıb.

Tədbirdə iştirak edən müxtəlif ölkələrin səfirlərinin və mədəniyyət mərkəzi rəhbərlərinin xatirə şəklinin çəkilməsi ilə davam edib.
Daha sonra qonaqlar Azərbaycan stendinə baş çəkərək ölkənin zəngin mədəni irsi ilə tanış olmaq imkanı əldə ediblər. Festival ziyarətçilərə Azərbaycanın qonaqpərvərliyini və milli mətbəxindən ləzzətli yeməkləri təqdim etmək imkanı yaradıb.

Festivaldan görüntüləri təqdim edirik:

Şəhla Aslan,
Ankara


Ankarada mədəniyyətlərarası festivalda Azərbaycan küləyi əsdi - Fotolar
Ankarada mədəniyyətlərarası festivalda Azərbaycan küləyi əsdi - Fotolar
Ankarada mədəniyyətlərarası festivalda Azərbaycan küləyi əsdi - Fotolar
Ankarada mədəniyyətlərarası festivalda Azərbaycan küləyi əsdi - Fotolar

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031