manera.az
manera.az

Ankarada III Beynəlxalq Keçiören Türk Dünyası Şöləni keçirilib

📅 10.08.2026 10:27

Ankarada III Beynəlxalq Keçiören Türk Dünyası Şöləni keçirilib

Ankaranın Keçiören rayonunda Türk dünyasının müxtəlif ölkələrini bir araya gətirən III Beynəlxalq Keçiören Türk Dünyası Şöləni keçirilib.

7 avqust tarixində Keçiörendə yerləşən Lavanta və Gül Bağçasında təşkil olunan festival Keçiören Bələdiyyəsinin ev sahibliyi, TÜRKSOY, Türkiyədə fəaliyyət göstərən türk dövlətlərinin səfirlikləri və mədəniyyət mərkəzlərinin dəstəyi ilə baş tutub.

Tədbirdə Türk dünyasının müxtəlif ölkələrindən nümayəndələr, dövlət rəsmiləri, diplomatlar, yerli idarəetmə orqanlarının təmsilçiləri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, eləcə də çoxsaylı vətəndaşlar iştirak ediblər.
Festivalın açılış mərasimində Türkiyənin AK Parti Başqan Yardımçısı, Türk Dövlətləri ilə Əlaqələr üzrə Başqanı, Ankara millət vəkili Prof. Dr. Kürşad Zorlu, Keçiören Bələdiyyə Başqanı Dr. Mesut Özarslan və digər qonaqlar çıxış ediblər.
Çıxışlarda Türk dünyasının ortaq tarixi və zəngin mədəni irsi, ümumi dəyərləri, türk dövlətləri arasında əlaqələrin inkişafı və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Festivalın türk xalqları arasında dostluq, qardaşlıq və həmrəyliyin daha da möhkəmlənməsinə töhfə verdiyi qeyd olunub.

Azərbaycan mədəniyyəti festivalda

Festivalda Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi də xüsusi proqramla iştirak edib.
Mərkəzin “Zəngəzur – Azərbaycan Xalq Rəqsləri” kollektivi və Azərbaycanın Xalq artisti Azərin səhnə alaraq ölkəmizin zəngin musiqi və rəqs mədəniyyətinin nümunələrini təqdim ediblər.


Azərbaycanlı sənətçilərin çıxışları festival iştirakçıları tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb, sənətçilər alqışlarla dəstəkləniblər.

Festivalın geniş sənət proqramında Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasından gələn musiqi və rəqs kollektivləri də çıxış ediblər. İştirakçılar öz milli mədəniyyətlərinin ənənəvi musiqi və rəqs nümunələrini nümayiş etdiriblər.

Tədbir çərçivəsində Türk dünyasının ortaq tarixi, zəngin mədəni irsi və mənəvi dəyərlərindən bəhs edən video nümayişi keçirilib. Bununla yanaşı, müxtəlif mədəni təqdimatlar, ənənəvi rəqs və musiqi proqramları, film və sənədli film nümayişləri təşkil olunub.

Festival boyunca Türk dünyasını birləşdirən ortaq dəyərlər, birlik, həmrəylik və qardaşlıq ruhu ön plana çıxarılıb.


Baxış sayı - 33 | Yüklənmə tarixi: 10.08.2026 10:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31