Azərbaycanda nikahların sayı azalıb, boşanmalar dəyişməyib
![]()
Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında 31 085 nikah və 15 030 boşanma qeydə alınıb.
Manera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,7-dən 4,0-a enib.
Boşanmaların sayı isə hər 1000 nəfərə 2,0 olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyib.