manera.az
manera.az

Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi oldu

📅 16.11.2026 12:30

Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi oldu
Azərbaycan istehsalı olan “Zəfər rəqsi” qısametrajlı bədii filmi 2026-cı il Haaqa Beynəlxalq Film Festivalında əsas mükafata layiq görülüb.

Manera.az xəbər verir ki, “Ədibin Evi” və ASAN TV-nin birgə istehsalı olan ekran əsəri “Qlobal sülh, harmoniya, insan hüquqları” nominasiyasında qalib seçilib.

Noyabrın 13-15-də Niderlandın Haaqa şəhərində keçirilən festivalda 503 film arasından 23 ölkəni təmsil edən 63 ekran əsəri seçilib. Münsiflər heyəti “Zəfər rəqsi”ni yüksək bədii-estetik keyfiyyətlərinə, aktyor oyununa və təsirli süjetinə görə yekdilliklə qalib elan edib.

Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilən filmin rejissoru Gəray Həsəndir. Baş rolları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Niyaz İlyasoğlu canlandırıblar.

Qeyd edək ki, “Zəfər rəqsi” Haaqada qazandığı mükafatla 2026-cı il festival mövsümündə yeddinci beynəlxalq uğuruna imza atıb.


Baxış sayı - 65 | Yüklənmə tarixi: 16.11.2026 12:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30