Xaqani Şirvaninin 900 illiyinə həsr olunan konfrans keçirilib

Noyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş “Şərq intibah poeziyasının Xaqanı” adlı respublika elmi-praktik konfransı keçirilib.
Manera.az xəbər verir ki, konfransı universitetin rektoru, professor Cəfər Cəfərov açıb.
Tədbirdə Mahmud Allahmanlı, Qüdrət Umudov, Salidə Şərifova və Nazilə Abdullazadə elmi məruzələrlə çıxış ediblər. “Meh” ədəbi dərnəyinin üzvləri bədii proqram təqdim ediblər.
Mahirə Hüseynova və Könül Həsənova çıxış edərək konfransın əhəmiyyətini vurğulayıblar.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.