Bakıda türk xalça sənətinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək
![]()
Noyabrın 23–24-də Azərbaycan Milli Xalça Muzeyində görkəmli xalçaçı-alim, Xalq rəssamı Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Ortaq irs: Türk xalçası” adlı beynəlxalq simpozium keçiriləcək.
Türk Mədəniyyəti və İrsi Fondu və TİKA-nın dəstəyi ilə təşkil olunan tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan 20-dən çox alim və mütəxəssis iştirak edəcək.
İki gün ərzində keçiriləcək beş elmi sessiyada türk xalçaçılıq ənənələri, Lətif Kərimovun irsi, muzey kolleksiyaları və xalça sənətində müasir texnologiyaların tətbiqi müzakirə olunacaq.
Simpozium çərçivəsində “Xalq rəssamı Lətif Kərimov – 120” sərgisi açılacaq, mədəni proqram və konsert təşkil ediləcək.
Tədbir “Türk xalçasının gələcək perspektivləri” mövzusunda dəyirmi masa ilə yekunlaşacaq.