Ankarada Azərbaycanın Müstəqillik gününə həsr olunmuş tədbir keçirildi - Fotolar
23 oktyabr 2019, Şəhla Aslan, Ankara
Bu gün Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi, Türkiyə Elmlər Akademiyasının və Gazi Universitetinin birgə təşkilatçılığı ilə 18 oktyabr Azərbaycanın Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib.
“Müstəqillliyə gedən yolda Azərbaycan” adlı tədbir Gazi Universitetində baş tutub.
Tədbirdə Universitetin rektoru Prof. Dr. İbrahim Uslan, Türkiyə Elmlər Akademiyasının başqanı Prof. Dr. Müzəffər Şəkər, TC Xaricdə yaşayan Türklər və Əqraba Topluluqları Başqanlığının başqan yardımçısı Sayit Yusuf, Azərbaycan Respublikasının Türkiyədəki təhsil müşaviri Nəcibə Nəsibova, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, YÖK İdarə heyyətinin üzvü Mehmet Şişman, TC millət vəkilleri Necdet Ünüvar, Şamil Ayrım, universitetin pedaqoji heyyəti və tələbələr iştirak ediblər.
Çıxış edən natiqlər Azərbaycan-Türkiyə dostluq əlaqələrindən söz açmış, müstəqil inkişaf yoluna qədəm qoyan Azərbaycan Cümhuriyyəti öz suverenliyini əldə etdiyi ilk gündən Türk dünyasının möhkəmlənməsinə sədaqətlə xidmət etdiyi və xüsusən Türkiyə Cümhuriyyəti ilə sıx dostluq və qardaşlıq telləri ilə bağlı olduğu diqqətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, tarixin ən ağır sınaqlarına zaman-zaman sinə gəlmiş, “İki dövlət, bir dövlət olan” Azərbaycan-Türkiyə dövlətləri daim qarşılıqlı elmi, mədəni, iqtisadi və siyasi əlaqələrini qoruyub saxlamışlar.
Sonra Azərbaycan Respublikası Prezidenti Katibliyi rəisi, Şöhrət ordenli, Prof. Dilarə Seyidzadənin “Müstəqillliyə gedən yolda Azərbaycan” adlı məruzəsi dinlənilmişdir.
Məruzəçi çıxışında Azərbaycanın dövlət müstəqilliyi yolundakı mücadiləsindən, Ulu öndər Heydər Əliyevin xidmətlərindən bəhs etmişdir.
Manera.az