Vyanada Azərbaycan diasporunun gələcək fəaliyyət istiqamətləri müzakirə olunub

Avstriyanın paytaxtı Vyana şəhərində soydaşlarımızla görüş keçirilib.
Görüşdə Azərbaycan diaspor siyasətinin əsas istiqamətləri, xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi, diaspor təşkilatlarının institusional inkişafı və icmaların fəaliyyətinə göstərilən dəstək məsələləri diqqət mərkəzində olub.
Müzakirələr zamanı Avstriyada fəaliyyət göstərən Azərbaycan diasporunun gələcək fəaliyyət istiqamətləri, diaspor təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi və milli həmrəyliyin daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Həmçinin soydaşlarımızın təşkilatlanması, ortaq məqsədlər ətrafında birləşməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və milli-mənəvi dəyərlərimizin yaşadılması istiqamətində birgə fəaliyyətin vacibliyi qeyd olunub.
Görüş qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyıb.