manera.az
manera.az

Türkiyənin Qazi Universitetində azərbaycanlı alimlə görüş keçirildi - FOTOLAR

Türkiyənin Qazi Universitetində Azərbaycan Respublikasının ilk baş naziri, xarici işlər naziri, müasir Azərbaycan Respublikasının ilk fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Həsən Həsənov universitetin professor-müəllim heyəti və tələbələri ilə görüşüb

Proqrama Qazi Universitetinin rektoru Prof. Dr. Musa Yıldız, prorektoru Prof. Dr. Bəkir Buluç, Təhsil Fakültəsinin dekanı Prof. Dr. Mahmud Selvi, Təhsil və Xarici Əlaqələr Qurumunun Koordinatoru Prof. Dr. İhsan Kalenderoğlu, eyni zamanda Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, təhsil müşaviri Dos. Dr. Nəcibə Nəsibova və universitetin professor-müəllim heyəti və tələbələr qatılıb.

Proqramda əvvəlcə prof. Dr. Həsən Həsənovun yazdığı “Atropatena-Adorbayqan adlı dövlətin doğulması” kitabı haqqında məlumat verildi.

Açılış nitqi ilə çıxış edən Prof. Dr. Musa Yıldız bildirib ki, Türkiyə ilə Azərbaycanı möhkəm qardaşlıq bağları birləşdirir. M. Yıldız Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın dərdi bizim dərdimiz, sevinci sevincimizdir” kəlamının və Heydər Əliyevin “Bir millət, iki dövlət” bəyanatının bu qardaşlığı şərəfləndirdiyini bildirib.

Çıxışı zamanı Azərbaycanın ötən il ermənilərə qarşı apardığı müharibəyə toxunan prof. Dr. Musa Yıldız 44 günlük mübarizə nəticəsində işğal altında olan torpaqların azad edildiyini, Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyini bildirərək, “Azərbaycanlı qardaşlarımıza Qarabağ Zəfəri mübarək olsun” deyib. Prof. Dr. Musa Yıldız çıxışını Türkiyə ilə Azərbaycanın əbədi qardaş olaraq qalacağını qeyd edərək yekunlaşdırıb.

Çıxışdan sonra səfir Rəşad Məmmədov Prof. Dr. Musa Yıldıza Azərbaycanın Şuşadakı qələbəsinin xatirəsinə hazırlanmış medal və qələbədən bəhs edən kitab təqdim edib.

Daha sonra çıxış edən səfir Rəşad Məmmədov tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür edib. Qazi Universitetinin Türkiyənin ən böyük və köklü universitetlərindən biri olduğunu, Universitetin Azərbaycanda da yaxşı tanındığını bildirib.

Azərbaycanın Qarabağ zəfərinə toxunan R. Məmmədov 44 günlük mübarizədə türk xalqının dəstəklərindən bəhs edib. Müharibənin davam etdiyi günlərdə Azərbaycan bayraqlarının Türkiyə xalqının əlindən düşmədiyini bildirən Rəşad Məmmədov bu savaşı türk xalqının ortaq savaşı kimi qiymətləndirib.

Sonra Prof. Dr. Həsən Həsənova söz verilib. H. Həsənov iştirakçıları salamlayaraq görüş üçün təşkilatçılara təşəkkür edib. 21-ci əsrin türk dövlətlərinin əsri olacağını bildirən Prof. Dr. Ə.Həsənov bildirib ki, Türkiyə 20-21-ci əsrlərdə Azərbaycan tarixində həlledici rol oynayıb. “Atropatena-Adorbayqan adlı dövlətin doğulması” əsərin Azərbaycanın real tarixini sənədlərlə açan bir sənəd olduğunu vurğulayıb. Həmçinin Prof. Dr. Həsən Həsənov bildirib ki, əsərdə Azərbaycanın 27 əsrlik tarixi xronoloji ardıcıllıqla sənədlərlə açıqlanır.

Daha sonra proqram sual-cavab hissəsi ilə davam edib.

Sonda prorektor Prof. Dr. Bəkir Buluc Prof. Dr. Həsən Həsənova universitetin əməkdaşı Prof. Dr. Meliha Yılmazın çəkdiyi “Sarı Aşık” mövzulu tablonu təqdim edib.

MANERA.AZ
görüşdən görüntüləri təqdim edir:

Şəhla Aslan, Ankara

Türkiyənin Qazi Universitetində azərbaycanlı alimlə görüş keçirildi - FOTOLARБесплатные шаблоны для 10.5Forex Портал для чайников

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930