manera.az
manera.az

Xarıbülbül Iğdırda ənənəvi əl sənətləri festivalında sərgiləndi - foto

📅 28.08.2026 12:55

Xarıbülbül  Iğdırda ənənəvi əl sənətləri festivalında sərgiləndi - foto

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın və Qarabağ şəhidlərinin əziz xatirəsinin rəmzlərindən biri olan Xarıbülbül Türkiyənin Iğdır şəhərində ənənəvi əl sənəti nümunələrində canlandırılıb.

Manera.az xəbər verir ki, Iğdır İcra Hakimiyyətinin təşəbbüsü, Iğdır Milli Təhsil İdarəsi və Iğdır Mədəniyyət və Turizm İdarəsinin əməkdaşlığı ilə “Vətən sevdasının çiçəyi Iğdırın könlündə” mövzusunda sərgi təşkil olunub.

Vali Yolu küçəsində keçirilən sərginin açılışında Iğdır valisi M. Fırat Taşolar və həyat yoldaşı Didem Taşolar, rəsmi şəxslər və çoxsaylı şəhər sakinləri iştirak ediblər.



Sərgidə Xarıbülbül motivinin əks olunduğu müxtəlif əl işləri nümayiş etdirilib. Xalq Təhsili Mərkəzinin ustad müəllimləri və kurs iştirakçıları tərəfindən hazırlanan nümunələrdə Qarabağın rəmzinə çevrilmiş Xarıbülbül motivindən geniş istifadə olunub.

Çanta, broş, boyunbağı, folklorik kukla, geyim və tablolar da daxil olmaqla müxtəlif əl sənəti nümunələrində canlandırılan Xarıbülbül sərgiyə gələnlərin böyük marağına səbəb olub.

Sərginin əsas məqsədi Azərbaycan və Türkiyə arasındakı “Bir millət, iki dövlət” anlayışını mədəni bağlar vasitəsilə daha da möhkəmləndirmək, eyni zamanda Qarabağ Zəfərinin rəmzlərindən olan Xarıbülbülün daşıdığı mənəvi və tarixi məzmunu gələcək nəsillərə çatdırmaqdır.

Manera.az


Baxış sayı - 114 | Yüklənmə tarixi: 28.08.2026 12:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31