manera.az
manera.az

Türk dünyasının rəssamları Kapadokiyada bir araya gəlib

📅 25.08.2026 13:28

Türk dünyasının rəssamları Kapadokiyada bir araya gəlib

Türkiyənin turizm bölgəsi olan Kapadokiyada “Türk dünyası rəssamlarının beynəlxalq görüşü” keçirilir.

Nevşehir valiliyinin himayəsi ilə təşkil olunan tədbirin məqsədi Türk dünyası ölkələrinin rəngkarlıq ənənələrini təbliğ etməkdir.

Açılış mərasimi Məryəm Ana tarixi kilsəsinin ərazisində keçirilib.

Görüşdə Azərbaycanı rəssam Məhərrəm Əliyev təmsil edir.

Həftə ərzində müxtəlif türk ölkələrindən olan rəssamların açıq havada keçirəcəkləri ustad dərsləri ilə yanaşı, Kapadokiya mövzusunda rəsm əsərlərinin çəkilməsi də nəzərdə tutulur. Bu əsərlər avqustun 29-da keçiriləcək sərgidə ictimaiyyətə təqdim olunacaq.

Tədbir avqustun 30-da başa çatacaq.


Baxış sayı - 47 | Yüklənmə tarixi: 25.08.2026 13:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31