manera.az
manera.az

Xivədə Türk dünyası ölkələrinin poeziya günləri keçiriləcək

📅 13.01.2020 12:21

Xivədə Türk dünyası ölkələrinin poeziya günləri keçiriləcək
2020-ci ildə "Özbəkistanın Xivə şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Özbəkistan, Azərbaycan və digər Türk dünyası ölkələrinin şairlərinin bu şəhərdə təntənəli poeziya gününün keçirilməsi nəzərdə tutulub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən Manera.az-a verilən məlumata görə, Özbəkistan Yazıçılar Birliyi ilə birgə reallaşdırılacaq təntənəli şeir gecəsi 2020-ci ilin mart ayında Özbəkistanın Xivə şəhərinin "Türk dünyasının mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar keçiriləcək və tədbirdə Özbəkistan Azərbaycan ədəbiyyatının tanınmış simaları, Xalq şairləri, gənc şairləri iştirak edəcəklər. Tədbirə türk dünyasının digər ölkələrindən də şairlər dəvət olunacaqlar.

Tədbir çərçivəsində iştirakçılar türk dünyası ölkələri şairlərinin şeirlərini dinləyəcək, şairlərimiz qardaş ölkələrin ədəbiyyatları, sənətləri haqqında düşüncələrini bölüşəcək və onlar arasında fikir və sənət mübadiləsi həyata keçiriləcəkdir.

Poeziya günlərinin iştirakçısı olan şairlərin Xarəzm vilayətindəki Urgənc Dövlət Universitetinin tələbələri ilə görüşləri, Dövlət Televiziyasında təşkil olunan verilişdə iştirakları nəzərdə tutulub.

Tədbir çərçivəsində Azərbaycan və Özbəkistanın şairlərinin şeirlərinə bəstələnən Qala-konsert keçiriləcəkdir. Konsertdə hər iki ölkənin tanınmış muğam ustaları çıxış edəcəklər.

Qeyd edək ki, iştirakçı şairlər Özbəkistanın ali məktəblərində yaradılmış Azərbaycan Mərkəzləri, ocaqları ilə tanış olacaq, Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına dil, ədəbiyyat, folklor İnstitutunda təşkil edilən Nəsimi adına Azərbaycan ədəbiyyatı Mərkəzinin açılışına da qatılacaqlar.


Baxış sayı - 1 205 | Yüklənmə tarixi: 13.01.2020 12:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031