manera.az
manera.az

Şagirdlərin elektron yerdəyişməsi prosesi başlanıb

📅 20.08.2026 12:53

Şagirdlərin elektron yerdəyişməsi prosesi başlanıb
2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi başlanıb.

Elm və Təhsil Nazirliyindən Manera.az-a bildirilib ki, saat 15:00-dan etibarən aktivləşdirilən elektron yerdəyişmə prosesi 2-9-cu və 11-ci sinif şagirdlərini əhatə edir.

Şagirdlərin elektron yerdəyişməsi (sy.edu.az) portalı vasitəsilə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.


Baxış sayı - 74 | Yüklənmə tarixi: 20.08.2026 12:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31