manera.az
manera.az

Təhsil Nazirliyinə 28 min 767 müraciət daxil olub

Təhsil Nazirliyinə 28 min 767 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) bu ilin avqust ayında daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirlikdən bildiriblər ki, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 28 min 767 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 24 min 918 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 min 849 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1077 sənəd (650 ərizə, 427 məktub) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox şagirdlərin elektron yerdəyişməsi, məktəbəhazırlıq qruplarına qəbul, müəllimlərin işə qəbulu və digər bu kimi məsələləri əhatə edib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728