manera.az
manera.az

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin vaxtı açıqlandı

📅 05.04.2019 21:02

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin vaxtı açıqlandı
2019-2020-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin başlayacağı tarix məlum olub.

Manera.az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə Təhsil TV-də "Təməl" verlişində açıqlaması zamanı bildirib ki, müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqə iyul ayından başlayacaq.

O qeyd edib ki, bu proses bir neçə mərhələdən ibarət olmaqla iyul, avqust və sentyabr aylarını əhatə edəcək.

M. Camalzadə qeyd edib ki, iyun ayında müəllimlərin yerdəyişməsi də həyata keçiriləcək. Bu tədris ilində müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqənin qaydalarında ciddi dəyişikliklərin edilməsi planlaşdırılmır.

MANERA.AZ


Baxış sayı - 1 714 | Yüklənmə tarixi: 05.04.2019 21:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930