manera.az
manera.az

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yazar və naşirlərlə görüş keçirilib

📅 19.08.2026 19:30

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yazar və naşirlərlə görüş keçirilib

Avqustun 19-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kitabxanada yazar və naşirlərlə görüş keçirilib.

Görüşdə Mədəniyyət Nazirliyi tərəfindən nəşrlərin satın alınması müsabiqəsinin nəticələri, oktyabr ayında keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi və kitabxana sahəsində aparılan islahatlar müzakirə olunub.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satın alınması üzrə Komissiya tərəfindən nəşrlərin satın alınması şəffaf şəkildə həyata keçirilir. Kitabxana fondlarında az olan uşaq ədəbiyyatı, eləcə də akademik və elmi-kütləvi nəşrlərin sayının artırılmasına üstünlük verilir.

Qeyd olunub ki, 21-27 oktyabr tarixlərində keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi uşaqlara ithaf olunub. Builki sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” şüarı ilə təşkil ediləcək. Sərgidə iştirakla bağlı qeydiyyat sentyabr ayınadək davam edəcək.

Kitabxana sahəsində həyata keçirilən islahatlar barədə danışan Fərid Cəfərov qeyd edib ki, məqsəd kitabxanalarda xidmət səviyyəsinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, oxucuların kitaba əlçatanlığının təmin olunmasıdır.

Naşir və yazarlar çıxışlarında kitabxana sahəsində aparılan təkmilləşdirmənin əhəmiyyətini vurğulayıb, prosesə dəstəklərini ifadə ediblər.


Baxış sayı - 55 | Yüklənmə tarixi: 19.08.2026 19:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31