manera.az
manera.az

I Sumqayıt Kitab Sərgisi keçiriləcək

I Sumqayıt Kitab Sərgisi keçiriləcək
30-31 oktyabr tarixlərində “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşkilatçılığı ilə Sumqayıtda “I Sumqayıt Kitab Sərgisi” (ANİB-2021) təşkil olunacaq. İştirakçı nəşriyyat və kitab mağazalarının sayı artdığı üçün sərgi Sumqayıt Dövlət Dram teatrında deyil, “Kimyaçı” Mədəniyyət Sarayına keçiriləcək.

Manera.az “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinə istinadən xəbər verir ki, Zəfər Bayramına həsr edilən sərgidə ölkənin 30-dan artıq nəşriyyat və bir neçə kitab evi iştirak edəcək.

Sərgidə bütün nəşriyyatlar tərəfindən kitablara 50%-dək endirim tətbiq olunacaq.

Kitab bayramında məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza mərasimlər, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların əsərlərindən ibarət sərginin təşkili və konsert proqramlarının keçirilməsi planlaşdırılır.

ANİB-in innovativ layihəsi olan “Öz kitabını sat” guşəsi öz kitabını təqdim etmək istəyən müəlliflər üçün nəzərdə tutulub.

“Qarabağa kitabla gedirik” stendində isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılacaq kitabxana fondlarına dəstək məqsədilə bədii və elmi-kütləvi ədəbiyyat nümunələrinin toplanılması aksiyası həyata keçiriləcək. Bu aksiyada hər kəsin iştirakı arzuolunandır.

Sərgi saat 10:00-dan 19:00-dək davam edəcək.

Bütün kitabsevərlər dəvətlidir.

Qeyd edək ki, ANİB tərəfindən növbəti sərginin noyabr ayında Gəncə şəhərində keçirilməsi planlaşdırılır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031