manera.az
manera.az

Xalq şairi Sabir Rüstəmxanlı iki nüfuzlu mükafata layiq görülüb

📅 30.06.2026 09:29



Xalq şairi Sabir Rüstəmxanlı Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə təsis edilmiş Xatirə Nişanı və Azərbaycan Milli Elmlər Akademiyasının Döş Nişanı ilə təltif edilib.

Mükafatlar Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Özbəkistan Respublikasının mədəniyyət naziri, Xalq artisti Ozodbek Nazarbekov və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli tərəfindən təqdim olunub.

Qeyd edək ki, təltiflər Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbir çərçivəsində türk dünyasının elmi-mədəni irsinin qorunması, inkişafı və təbliğinə töhfə verən görkəmli şəxsiyyətlərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə təqdim edilib.

Sabir Rüstəmxanlının bu mükafatlara layiq görülməsi onun Azərbaycan ədəbiyyatı, milli-mədəni düşüncəsi və türk dünyasının mənəvi birliyinin möhkəmləndirilməsi istiqamətində uzunillik xidmətlərinin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir.


Baxış sayı - 122 | Yüklənmə tarixi: 30.06.2026 09:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930