manera.az
manera.az

Xalq şairi Sabir Rüstəmxanlı “Azərbaycan Türkcəsi Tədris Ocağı”nı ziyarət edib - Foto

📅 22.05.2025 16:15

Xalq şairi Sabir Rüstəmxanlı “Azərbaycan Türkcəsi Tədris Ocağı”nı ziyarət edib - Foto

Azərbaycanın Xalq şairi, Dil Qurumunun başqanı Sabir Rüstəmxanlı Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetində fəaliyyət göstərən “Azərbaycan Türkcəsi Tədris Ocağı”nı ziyarət edib.

Azərbaycan Mədəniyyət Mərkəzindən Manera.az-a verilən məlumata görə, görüşdə Qazi Universitetinin Təhsil Fakültəsinin dekan müavinləri – Prof. Dr. Ferudun Sezgin və Prof. Dr. Serçin Karataş və tələbələr iştirak ediblər.

Görüş zamanı Sabir Rüstəmxanlıya Azərbaycan Mədəniyyət Mərkəzinin Türkiyədəki fəaliyyəti, eləcə də “Azərbaycan Türkcəsi Tədris Ocağı”nın yaradılma məqsədi və tədris prosesi haqqında məlumat verilib.



Sabir Rüstəmxanlı çıxışında Azərbaycan dilinin türkdilli coğrafiyalarda tanıdılması və öyrədilməsinin milli-mədəni baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayaraq deyib: “Dil millətin kimliyidir. Azərbaycan türkcəsi kurslarının burada açılması və elmi əsaslarla tədrisi, gələcək nəsillərə ötürülməsi baxımından çox mühüm addımdır. Ortaq dil şüurunun formalaşması üçün bu cür təşəbbüslər genişlənməlidir.”

Qazi Universitetinin dekan müavinləri Prof. Dr. Ferudun Sezgin və Prof. Dr. Serçin Karataş da çıxışları zamanı “Azərbaycan Türkcəsi Tədris Ocağı”nın fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar burada tədrisi aparılan Azərbaycan Türkcəsinin Türkiyə–Azərbaycan qardaşlığının təhsil sahəsindəki təzahürü olduğunu bildiriblər.

Sonra Xalq şairi tələbələrlə səmimi söhbət edib, onların təəssüratları ilə tanış olub. Kursun tələbələri şairin şeirlərini səsləndiriblər.

Görüşdə həmçinin Xalq şairi müəllifi olduğu bir sıra kitabları “Azərbaycan Türkcəsi tədris ocağı”nın kitabxanasına hədiyyə edib.







Manera.az


Baxış sayı - 307 | Yüklənmə tarixi: 22.05.2025 16:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031