manera.az
manera.az

Bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

📅 23.04.2026 08:24

Bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu əlamətdar günün qeyd olunmasında məqsəd kitabların geniş əhatə dairəsini – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır. Azərbaycanda Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir.

Azərbaycanda müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinin könüllü qeydiyyat sistemi mövcuddur. Müəlliflər və hüquq sahibləri əsərlərini (musiqi, şeir, kitab, film, rəsm, kompüter proqramı və s.) Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə bilərlər. Bunun üçün şəxsən və ya onlayn formada Agentliyə müraciət etmək olar. Hazırda əsərin qeydiyyatını Agentliyə gəlmədən Elektron hökumət portalı vasitəsilə də etmək mümkündür. Bunun üçün müvafiq ərizə və əsərin rəqəmsal versiyası tələb olunur.

2025-ci ildə 512 müəllif-hüquq sahibinin (2024-cü ildə 346 hüquq sahibi) 900 əsəri və ifası (2024-cü ildə 660) qeydiyyatdan keçirilib. Elektron qaydada qeydiyyatdan keçirilmiş əsərlərin sayı 660 (2024-cü ildə 543), kompüter proqramlarının sayı 43 (2024-cü ildə 32), ədəbi əsərlərin sayı 370 (2024-cü ildə 197), elmi əsərlər və dərs vəsaitlərinin sayı 111 (2024-cü ildə 75), mətnli və mətnsiz musiqi əsərlərinin sayı 209 (2024-cü ildə 138) və ifaların sayı 37 olub.

Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən indiyədək Agentlikdə 17 mindən çox əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib.

Qeyd edək ki, müəllif hüquqları sahəsində mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, Agentlik tərəfindən verilən qeydiyyat haqqında şəhadətnamə məhkəmələr tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır.

Agentlik tərəfindən keçirilən və 10 ildir ki, ənənəyə çevrilən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” və hər il “və ya” sözləri yeniləşən konfrans böyük maraqla qarşılanır və ictimai rəydə öz yerini tutur. Eyni zamanda, Agentlik erməni saxtakarlıqlarının ifşasına dair 2016-cı ildən başlayaraq “Don bəzəyər də, ifşa edər də” seriyasından kitab və broşürlər nəşr etdirir.


Baxış sayı - 15 | Yüklənmə tarixi: 23.04.2026 08:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930