manera.az
manera.az

Azərbaycanda yeni musiqi aləti yaradıldı (FOTO)

📅 05.08.2021 09:42

Azərbaycanda yeni musiqi aləti yaradıldı (FOTO)
Azərbaycanda yeni musiqi aləti yaradılıb.

Manera.az xəbər verir ki, "RA.TAR" adı verilən musiqi alətinin ideya və müəlliflik hüququ Ramil İsgəndərova məxsusdur. Yeni alət görünüşünə görə tara bənzəsə də bir sıra xüsusiyyətlərinə görə ondan fərqlənir.

"Tarın üzərinə inək ürəyinin pərdəsi çəkildiyi halda, burada üz qapağı taxtadandır. Alət tam şəkildə elektronlaşdırılıb. Səslənməsi də ənənəvi tardan tamamilə fərqlidir. Bu ideya məndə yaranandan sonra dərhal hazırlanması üçün ustalarla görüşdüm. Alətin hazırlanmasından 3 ustanın - Musa Yaqubov, Şirvan Həziyev və Fikrət Quliyevin əməyi var. Mən onların hər birinə təşəkkür edirəm. Ümid edirəm ki, "RA.TAR" Azərbaycanda da, dünyada da sevilən musiqi alətinə çevriləcək", - deyə müəllif qeyd edib. /trend.az/

Azərbaycanda yeni musiqi aləti yaradıldı (FOTO)


Baxış sayı - 727 | Yüklənmə tarixi: 05.08.2021 09:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031