manera.az
manera.az

Azərbaycandan “Yale Law School”a ilk qəbul

📅 28.07.2024 07:17

Azərbaycandan “Yale Law School”a ilk qəbul
Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə ilkin siyahı təsdiq olunub.

MANERA.az xəbər verir ki, siyahıya əsasən, proqramın qalibləri sırasında Orxan Abdulkərimli Yale Universiteti Hüquq fakültəsinin, yəni “Yale Law School”un tam təqaüdünü qazanmaqla magistratura pilləsinə qəbul olunub.

Bu, Azərbaycan və region dövlətlərindən “Yale Law School”a ilk qəbuldur.

“Yale Law School” ABŞ-ın Hüquq fakültələri reytinqində (US News & World Report və Fortuna Ranking) 1990-cı ildən indiyədək davamlı olaraq 1-ci yerdə qərarlaşıb və qəbul üzrə ən rəqabətli hüquq fakültəsi hesab olunur.

Xatırladaq ki, ümumilikdə 295 nəfər namizəd proqram iştirakçısı adını qazanıb. Onlardan 99-u dünya reytinq cədvəllərində ilk onluqda olan ali məktəblərdə təhsil alacaq.


Baxış sayı - 580 | Yüklənmə tarixi: 28.07.2024 07:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930