Rektor valideynlərlə görüşdü _MANERA
![]()
Bugün Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyev ali təhsil müəssisəsində müxtəlif fakültələr üzrə təhsil alan tələbələrin valideynləriylə görüşüb.
MANERA.AZ xəbər veri ki, rektor valideynlərə universitetdə tədris prosesi, Bolonya sistemi və təhsil sahəsində görülən yeniliklər barədə məlumat verib.
Hazırda Bakı Slavyan Universitetində həyata keçirilən yeni islahatlar haqda danışan rektor bildirib ki, həyata keçirilən islahatlarda əsas məqsəd kafedraların və fakültələrin elmi-metodik potensialını artırmaq, fəaliyyətini Bolonya prosesinə tam uyğunlaşdırmaq, tələbələrin mobilliyini artırmaq, tələbələrin eyni zamanda universitetdən iki diplom almalarına nail olmağa daha geniş şərait yaratmaqdır.
Görüşdə valideynlərlə belə görüşlərin mütəmadi təşkili təhsil prosesinin yüksək səviyyədə inkişafı üçün vacibliyi diqqətə çatdırılıb.
Daha sonra valideynlərin fikirləri dinlənilib, irəli sürülən təkliflər barədə fikir mübadiləsi aparılıb.
Aytəkin Qardaşova,
MANERA.AZ![]()
![]()
![]()