manera.az
manera.az

Avrasiya Universitetlər Birliyinin nümayəndələri BSU-da -MANERA.AZ

Avrasiya Universitetlər Birliyinin nümayəndələri BSU-da -MANERA.AZ


Oktyabrın 7-də Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev Türkiyənin Avrasiya Universitetlər Birliyinin (EURAS) nümayəndə heyətini qəbul edib. Görüş çərçivəsində qonaqlar 2008-ci ildə İstanbulda təsis edilmiş Avrasiya Universitetlər Birliyinin fəaliyyəti barədə məlumat veriblər. Bildirilib ki, Türkiyə, Balkanlar, Azərbaycan, bir sıra ölkələrin ali məktəblərinin təsis etdiyi EURAS universitetlər arasında işbirliyini gücləndirmək, yeni layihələr həyata keçirmək məqsədi güdür.

Manera.az xəbər verir ki, rektor Asif Hacıyev qonaqlara Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələrindən söhbət açıb. BSU-nun Avrasiya regionunun, xüsusən Slavyan ölkələrinin bir çox tanınmış ali təhsil müəssisələri ilə əməkdaşlığı, tələbələrin xarici ölkələrdə yay təcrübəsi və məktəbləri barədə məlumat verib. Professor A. Hacıyev rəhbərlik etdiyi ali təhsil müəssisi ilə Avrasiya Universitetlər Birliyi arasında qurulacaq əməkdaşlığın əhəmiyyəti barədə fikir bildirib.

Nümayəndə heyətinin üzvü Səbinə Hüseynova qurumun Avropa, Asiya və Yaxın Şərq regionlarından olan 80-dən artıq universiteti özündə birləşdirdiyini qeyd edib. EURAS-ın həyata keçirtdiyi layihələr, üzv universitetlər arasında mübadilə proqramları, birgə elmi tədqiqatlar, nəşrlər, təqaüdlü proqramlar, haqqında ətraflı danışıb. EURAS-ın birləşdirdiyi universitetlər arasında işbirliyinin gücləndirilməsini və yeni layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyən qonaqlar fəaliyyətini yüksək qiymətləndirdikləri Bakı Slavyan Universiteti ilə də gələcəkdə bu istiqamətdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.

Sonda qonaqlar EURAS-ın rəhbərliyi adından göndərilmiş hədiyyəni təqdim ediblər.

Aytəkin Qardaşova
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031