manera.az
manera.az

Slavyanşunaslıq üzrə mütəxəssislər hazırlanır... - GÖRÜŞ | MANERA.AZ

📅 10.09.2015 13:41

Slavyanşunaslıq üzrə mütəxəssislər hazırlanır... - GÖRÜŞ | MANERA.AZ
manera.az
Türkiyə və Qazaxıstan universitetlərinin nümayəndə heyəti Bakı Slavyan Universitetində

Türkiyə Orta Doğu Tekniki Universitetinin və Avrasya İncələmələri Mərkəzinin nümayəndə heyəti Bakı Slavyan Universitetində (BSU) qonaq olub. Görüş zamanı BSU-nun yaranma tarixi və fəaliyyəti barədə söhbət açan rektor, professor Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil müəssisəsində mövcud olan mərkəzlər, fakültə və ixtisaslar, kadr hazırlığı haqqında qonaqları məlumatlandırıb.

MANERA.AZ xəbər verir ki, görüşdə bildirilib ki, BSU-da slavyanşunaslıq, tərcümə, ölkəşunaslıq, beynəlxalq münasibətlər, türkiyəşunaslıq və başqa sahələr üzrə mütəxəssis hazırlanır. Eyni zamanda universitetdə Türkiyə araşdırmaları mərkəzinin fəaliyət göstərdiyi haqqında qonaqlara ətraflı məlumat verilib. Universitetin xarici ölkələrin bir çox təhsil müəssisələri ilə əməkdaşlığı qonaqların diqqətinə çatdırılıb.

Görüş çərçivəsində birgə tədbirlərin təşkili, avrasiyaçılığın öyrənilməsi və tərəflər arasında əlaqələrin daha da gücləndirilməsi üçün görüləcək işlər müzakirə edilib.

Ayşegül Aydıngün və Aslan Yavuzun rəhbərlik etdiyi heyət rektor Asif Hacıyevə təşəkkürlərini bildirərək gələcəkdə birgə görüləcək işlərin hər tərəf üçün faydalı olacağını vurğulayıb.

Qazaxıstanın L. Qumilyov adına Avrasiya Milli Universitetinin professorları Qulqayşa Saqidolda və Eskeeva Magripa da BSU-nun qonağı olublar. Görüş zamanı universitetlərin əməkdaşlarının birgə iştirakı ilə Azərbaycan və Qazax dilləri, folkloru, iki dildən tərcümə məsələləri, ədəbiyyatı üzrə müqayisəli tədqiqatların aparılması, lüğətlərin hazırlanması barədə danışıqlar aparılıb.

Aytəkin Qardaşova
MANERA.AZ



Baxış sayı - 1 918 | Yüklənmə tarixi: 10.09.2015 13:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031