IV Sumqayıt Kitab Sərgisi təşkil ediləcək

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə IV Sumqayıt Kitab Sərgisi təşkil ediləcək.
MANERA.AZ xəbər verir ki, sərgi Sumqayıt Dövlət Universitetində baş tutacaq və təkcə SDU tələbələri deyil, bütün Sumqayıt əhalisinin iştirak etməsi üçün açıq qapı şəraiti yaradılacaq.
Sərginin keçirilmə tarixi 27 – 28 may tarixləridir.
Sərginin hər iki gününün öz özəlliyi olacaq. 27 may Milli Mətbuatın yaranmasının 150 illiyinə, 28 may isə Müstəqillik Gününə həsr ediləcək.
Bayram əhvali-ruhiyyəli keçiriləcək sərgidə minlərlə kitab 90 %-dək endirimlə təklif olunacaq, tanınmış yazıçıların, şairlərin təqdimat və imza mərasimləri, məşhurlarla görüşlər, şeir saatları təşkil ediləcək.
Giriş sərbəst olacaq.
Sərginin fəaliyyət saatlar: 10:00 – 20:00