manera.az
manera.az

"İkinci Sumqayıt kitab sərgisi” keçiriləcək

📅 29.11.2022 06:46

"İkinci Sumqayıt kitab sərgisi” keçiriləcək
Dekabrın 23-24-25-də “İkinci Sumqayıt kitab sərgisi” açılacaq.

MANERA.AZ xəbər verir ki, Nəşriyyatlar Assosiasiyasından ikinci sərginin daha möhtəşəm proqram və çoxçeşidli kitabların təqdimatı ilə seçiləcəyi bildirilib.

Ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə keçiriləcək sərgidə kitabsevərlərə 90 faizədək endirimlər tətbiq olunacaq.

Kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və ustad dərsləri keçiriləcək.

Kitab sərgisi Azərbaycan Nəşriyyatları Assosiasiyası, Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyilə baş tutacaq.


Baxış sayı - 517 | Yüklənmə tarixi: 29.11.2022 06:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930