manera.az
manera.az

Dostoyevskiyə məktub - Azər Ərzi

📅 17.04.2025 16:58

Dostoyevskiyə məktub - Azər Ərzi
DOSTOYEVSKİYƏ MƏKTUB

Salam, köhnə dost!
Yerin üstündən yazıram sənə,
Sən yerin altında rahat yatırsan, yəqin,
Mənsə burada əcəllə qumar oynayıram.
Ya mənə verər Allah, ya ona.
Hansı cinayətimin cəzasıdır bu ömür,
Bilmirəm.
Gecələr bir yana,
Heç gündüzlər də
Gün üzü görmürəm.
Burada tək bəyaz olan şey
Həyatla mübarizədə qaldırdığımız bayraq,
Bir də saçlarımızdır.
Həyat sanki "Nalayiq lətifə"dir,
Nə bir düşündürücü tərəfi var, nə də gülməli.
Biz "Bədbəxt insanlar"ıq,
Nə vaxtsa xoşbəxt olmaq ümidilə yaşayırıq.
Nə isə, sağ ol! Görüşənədək.
Həə, bir də, yadımdan çıxmamış,
Tolstoya salam deyərsən;
Ona de ki, insan puç ümiddən başqa
Heç nə ilə yaşaya bilmir bu həyatda.

MANERA.AZ


Baxış sayı - 547 | Yüklənmə tarixi: 17.04.2025 16:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031