manera.az
manera.az

Sənsizliyin ilk şeiri

📅 21.09.2017 15:43

Sənsizliyin ilk şeiri
Tural TURAN

Sənə şeir yazıram,
Çayısoyuq masadan.
Yarpızlı salamımı,
Qoxularsan astadan.

Sənə şeir yazıram,
Hər sətiri yarımçıq.
Ovcumda ömür yazım,
Yalınçıq ki, yalınçıq...

Dərslər başlayıb yenə,
Ayrıldıq kitab kitab
Düşündük varaq-varaq,
Soyuduq niqab –niqab...

Sənə şeir yazıram,
Çarpıldığım gün kimi.
Sətirlər axıb gəlmir,
Burğacdı, düyün kimi.

Yazmırsan, darıxmışam
Yorğun-arğın yazından.
“Salam” yaz, heç olmaya
Salamın ən bozundan.


Darıxmışam, insafsız
kitablara söyürəm.
Telefonu sən bilib,
Ekrana göz döyürəm.

Soyuq çay da ovutmur,
Yoxluğunu bu gecə.
Telefon anandadı? –
Qaqandan al... gizlicə...

Ürkək bir salam yazıb,
Toxtaqlıq ver: “Necəsən?”.
Yazmırsan, yazmaq olmur –
Pul da yoxdur, içəsən.

Sənə şeir yazıram,
Çayısoyuq masadan.
Bir də salam deyirəm,
Diyircəkli “əsa”dan.

21 yığım 2017- Bakı


Baxış sayı - 2 382 | Yüklənmə tarixi: 21.09.2017 15:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930