manera.az
manera.az

Gənc yazar qəfil vəfat etdi

📅 22.02.2019 15:06

Gənc yazar qəfil vəfat etdi
Gənc yazar Kamran Rüstəmov (Kamran Su) vəfat edib.

Manera.az xəbər verir ki, bu barədə yazarın dostları məlumat yayıb.

Kamran Rüstəmovun infarkt keçirdiyi və bu səbəbdən vəfat etdiyi bildirilir.

Allah rəhmət eləsin!

Kamran Sunun şeirlərini təqdim edirik:

***
Salam dost
Bu gecə yenə divarlar
Üstümə-üstümə gəlir
Elə bil boğuluram dost
Elə bil sonumdu
Qaranlıqdır
Görə bilmirəm özümü

Salam dost
Qaranlıqdan məktub yazıram sənə
Məktubu açmamışdan öncə köhnə günləri yadına sal
Axı gülümsəyirdim onda
Bəs indi?
İndi heç nə
Sadəcə bir qucaq qaranlıq var menyuda.
Saçlarım pırtlaşıb
Gözlərimin altı torba-torba
İçdiyim boş butulkalar təqvim olub
əslində
əslində
zaman durub burda
dost,
sənə yazdığım məktubun sonunda...
yazmıram, getmir heç nə yolunda
hər şey qaydasında
– Ölürəm dost, yavaş-yavaş ölürəm
– İçək özüm qazdığım məzarın sağlığına.

Qalım yadında

Bir şeirlik qalım yadında
yadına düşsün
hönkür
sonra dəfələrlə xatırla
sən evdə hamam otağında
mən küçələrdə dəniz qırağında

bir siqaret yandır
burax havaya tüstünü
uçuşsun havada
içinə çək tüstünü
sən evdə pəncərənin yanında
mən küçələrdə parklarda

bir romanlıq qalım yadında
acgözlüklə oxu onu
cümlə-cümlə yaz yaddaşına
sən evdə divanın üstündə
mən küçələrdə səkinin üstündə

bir rəsmlik qalım yaddaşında
dəfələrlə bax
o şəklə
sən evdə yorğanın altında
mən küçələrdə paltomun yaxalığında

bir paris parfümü kimi qalım yadında
qoxula onu
qoxula bütün otaqda
əşyalarda
sən evdə kaminin yanında
mən küçələrdə adamların yanında.

MANERA.AZ


Baxış sayı - 1 592 | Yüklənmə tarixi: 22.02.2019 15:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031