manera.az
manera.az

Gənc rəssamlarımız Braziliyada - Sərgi

📅 15.03.2025 21:26

Gənc rəssamlarımız Braziliyada - Sərgi
Azərbaycanın gənc rəssamlarının "Art of Cultural Diplomacy-Art for Peace" adlı sərgisi açılıb.

MANERA.AZ xəbər verir ki, açılışda Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz, Rio de Janeyro şəhərində fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, ictimaiyyət nümayəndələri, sənətsevərlər, yerli sakinlər iştirak ediblər. Azərbaycan rəssamlarının rəsm əsərləri böyük maraqla qarşılanıb.

Mərasimin sonunda səfirlik iştirakçı rəssamlara sertifikatlar təqdim edib. "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru, İslam Baxşəliyev sərgini ziyarət edənlərə, Azərbaycan mədəniyyətinin tarixi haqqında geniş məlumat verib.

Qeyd edək ki, sərgidə 18 rəssamın 44 əsəri nümayiş etdirilir.


Baxış sayı - 279 | Yüklənmə tarixi: 15.03.2025 21:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031