manera.az
manera.az

Gənc rəssamın sərgisi açılıb - Fotolar

📅 19.05.2022 11:33

Gənc rəssamın sərgisi açılıb - Fotolar
Tbilisidə gənc rəssam Şənay Sadiqin “Dünya mifologiyaları və mədəniyyət” adlı fərdi sərgisi açılıb.

MANERA.AZ xəbər verir ki, sərgidə gənc rəssamın 15 əsəri nümayiş etdirilir.

Sərginin açılışında Azərbaycan, Türkiyə, Qazaxıstan, Macarıstan və Avstriyanın Gürcüstandakı səfirliklərinin, SOCAR-ın, AZEBİ-nin əməkdaşları ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, sərgi M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı, Azərbaycan səfirliyinin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə açılıb.

Sərgidə Azərbaycan, Türkiyə, Skandinaviya ölkələri, eləcə də Hindistan mədəniyyətinə dair yağlı boya və rəngkarlıq üslubunda çəkilmiş rəsm əsərləri nümayiş etdirilib.

Sərgi mayın 25-dək davam edəcək. Sərgini ziyarət ödənişsizdir.

Gənc rəssamın sərgisi açılıb - Fotolar
Gənc rəssamın sərgisi açılıb - Fotolar
Gənc rəssamın sərgisi açılıb - Fotolar
Gənc rəssamın sərgisi açılıb - Fotolar


Baxış sayı - 494 | Yüklənmə tarixi: 19.05.2022 11:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930