manera.az
manera.az

Şuşada gənc rəssamın sərgisi açılıb

📅 07.07.2021 10:18

Şuşada gənc rəssamın sərgisi açılıb
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ABŞ-da yaşayan istedadlı gənc rəssam Tokay Zamanın rəsm sərgisi təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Manera.az-a verilən məlumata görə, sərgidə ABŞ-da doğulan və yaşayan rəssamın qədim və müasir Azərbaycana, Şuşanın tarixinə və erməni işğalından azad olunmasına həsr etdiyi yağlı boya ilə çəkilmiş əsərləri nümayiş etdirilib.

Sərginin açılış mərasimində yerli ictimaiyyət nümayəndələri, Türkiyə, İsrail, Rusiya, Polşa, Yaponiya, Litva və digər ölkələrin media təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Tural Gəncəliyev Şuşada keçirilən sərginin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

ABŞ-da fəaliyyət göstərən Azərbaycan diasporunun fəal nümayəndəsi Elmira Əliyeva isə bildirib ki, bənzər tədbirlər Azərbaycan-ABŞ arasında mədəni körpü rolunu oynayır. İştirakçılar xalqımız və dünya azərbaycanlıları üçün müqəddəs şəhər sayılan Şuşada olduqlarından qürur hissi keçirdiklərini vurğulayıblar.

Gənc rəssam Şuşanın işğaldan azad olunmasına həsr etdiyi "Şuşa, sən azadsan!" adlı rəsm əsərini mədəniyyət paytaxtının rəsmi nümayəndəliyinə hədiyyə edib.

Şuşada gənc rəssamın sərgisi açılıb


Baxış sayı - 554 | Yüklənmə tarixi: 07.07.2021 10:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930