manera.az
manera.az

Dünya doğruların, yalanların üstündədir - Şeirlər

Dünya doğruların, yalanların üstündədir - Şeirlər
MANERA.AZ Cavid Musanın şeirlərini təqdim edir.

Bu dünyada nələr olur, nələr bitir.
Hər gün gözünün önündə yaşayan adam,
hər gün gözünün önündə itir.
İçindəki qaranlıqda yolun azır keyfiyyətlər,
bircə - bircə parçalanır saf niyyətlər.

Sevgidən məhrum,
kin - küdrət bəsləyən ürək
Yarada bilmir xoş arzu dilək!
Sevginin Vətəni təmiz ürəkdir
Niyə vətənindən düşüb didərgin?
Qayıda bilmir doğma yurduna
Bədbinlik hökm edir ruhuna sənin!

Gizlincə pusquda nəsə gözləyir
Gözlədiyin şey öz marağların.
Bir ağac əkmə qapı ağzına, gəz
həsəd çəkə - çəkə qonşu bağların.

Gözün elə millətin malında sənin
Əriyir buz kimi xoş niyyətlərin
Uman yerin çoxalırsa, təəsüf
Azalır üstündə öz məsuliyyətin.

Yaş ötdükcə dəyişir ruh cizgiləri.
Bir ayrı qiyafədə doğulur adam.
İçindəki dərinliyə daş doldurur
İçindəki dayazlığda boğulur adam.

Hər işin ucunda mənfəət güdür.
Hər sözündə özgənin həsrətin çəkir
Öz içində - öz kimliyin öldürür.
Cismidə canın əziyyətin çəkir.

Etdiyin yaxşılıq nə işə yarar?
Əyər asanlıqla sərki verirsən
Demək yoxuş çıxmır, eniş düşürsən.
Eləcə əsl üzün ortaya çıxır.
Özgəni yıxmaq istəyəndə sən,
atdığın badalağ özünü yıxır.

O qədər adamlar var əziz bildiyin
Bir şey olan kimi üstünə cumur.
O qədər adamlar var əziz bildiyin
Sənin varlığına gözünü yumur.

Bu dünya dibindən çərxi fələkdi
Döşünə döyüb "mənəm - mən" demə,
Bir körpə uşaq da daşlayar səni
Hər kəsin tərifi bitəndən sonra
Allah danlamağa başlayar səni.

Dünya, insanların köksündədir

Dünya, doğruların, yalanların üstündədir,
Biri bilmir doğruları,
Biri bilmir yalanları.
Başa düşmür olanları?!
Bilirsənmi doğru nədir?
Doğrular od püskürür, köz bağlayır.
Toxuna bilmirsən, yandırır səni.
Bilirsənmi yalan nədir?
Cazibədar bir sehrdir, göz bağlayır.
Görə bilmirsən, yayındırır səni.
Ömür sürürsən beləcə,
Qəflətən bir gecə
Köksündə yatırdığın dünya
Öləndə oyandırır səni.


***
Getdiyim yol, izim ağrıdı,
Ayaqda durmağa dizim ağrıdı,
Yuxusuz qalan gözüm ağrıdı,
Gözlərim yumulur yata bilmirəm.

Yara deyib qaşıdığımı,
Çiynimdə yük daşıdığımı,
Ömür bilib yaşadığımı,
Ölüm deyib ata bilmirəm.

Hər nə qədər bilirsənsə yenə bil,
Bu dünyanı əzəlindən belə bil,
Qəribədir yuxudayam elə bil,
Yanımdakı insanlara çata bilmirəm.

Dərdlərim ruhuma sarmaşıq oldu,
Fikirlər canımda alışıq oldu,
Başım o qədər qarışıq oldu,
Başımı bir şeylə qata bilmirəm.

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31