manera.az
manera.az

Həsrət - bir sevgidən uzaqmı qalmaqdır? - Tərcümə

Həsrət - bir sevgidən uzaqmı qalmaqdır? - Tərcümə
Manera.az məşhur fransız yazıçısı Viktor Hüqonun şeirlərini təqdim edir:

DİLƏNÇİ

Sən hər gün tində,dalanda
Yırtıq libasınla
Kirli əllərinlə
Ovuc açan səfil insan

İnan yox fərqimiz
bir-birimizdən
Sən bəlkə bütün həyatın boyu dilənəcək
Gözlədiyin qəpik quruşu
biri verməzsə
başqasından istəyəcəksən

Amma mən
bütün həyatım boyunca
Yalnız bir dəfə diləndim
Bir rəhmsiz qəlbin sevdasıyla alovlandım
Elə boş,elə açıq qaldı ki,əlim
And içdim bir daha dilənməyəcəyəm

NƏLƏR İSTƏYİRƏM

Nələr istəyirəm
Oyananda hər səhər
Nə bahardan bir nəsnə
Nə də yazdan bir çiçək
Qara,qara çox qara
Bir saçın hörüyünü
Mənə kim gətirəcək

Nələr istəyirəm
Qürbətdə axşamlardan
Nə ruzigardan busə
Nə də bir ağ kəpənək
Dərin,dərin çox dərin
Üfüqlər qədər dərin
Bir cüt gözün rəngini
Mənə kim gətirəcək



***
Ağlamaq üçün gözdən yaşmı axmalı?
Dodaqlar gülərkən insan ağlamazmı?
Sevmək üçün gözələmi baxmalı,
Pis vücudda gözəl ruh,qəlb bağlanmazmı?
Həsrət- bir sevgidən uzaqmı qalmaqdır,
Sevgilin yanındaykən hicran duyulmazmı?
Oğurluq- pul, dövlət, malmı oğurlamaqdır,
Səadat oğurlamaq oğurluq olmazmı?
Solması üçün gülü budaqdanmı üzməli,
Qönçəykən bir çiçək budaqda solmazmı?
Öldürmək üçün silah, bir xəncərmi olmalı,
Gülüş-güllə, saçlar-ip, göz-silah olmazmı?

MƏZAR VƏ GÜL

Nə eylər sənintək gözəl bir çiçək
Səhər vaxtı yağarsa yağış
-deyə məzar soruşdu güldən
“Ey qaranlıq məzar,əmbər və bal
Qoxusuna dönər o damcılar
Analadınmı indi məni?

Bəs sənin quyu kimi ağzına
Düşən insan,nə eyləyər daha sonra
-deyə gül də
Məzar cavab verdi:Ey dərdli çiçək
Damcı olub göylərdən süzüləcək
Içimə düşən insanlar


Tərcümə: Cavid CəfərzadəБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031