manera.az
manera.az

“Nəsil Ağacı” sənədli filmi Türkiyədə nümayiş olunacaq – İLK DƏFƏ

“Nəsil Ağacı” sənədli filmi Türkiyədə nümayiş olunacaq – İLK DƏFƏ

Türkiyənin “Ulusal kanal tv” kanalında Qərbi Azərbaycan həqiqətlərinə dair “Nəsil ağacı” sənədli filmi nümayiş etdiriləcək.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzindən Manera.az-a məlumat verilib. Məlumatda qeyd olunur ki, Türkiyədə media sahəsində tanınan və vətənpərvərlik, tarix, mədəniyyət mövzularına xüsusi önəm verərək bu istiqamətdə layihələr həyata keçirən Ulusal Kanal TV ilə Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq çərçivəsində, cari ilin 7 fevral tarixində Qərbi Azərbaycanın tarixi həqiqətlərinə həsr olunmuş “Nəsil ağacı” sənədli filmi nümayiş etdiriləcək.

“Nəsil ağacı” sənədli filmi Qərbi Azərbaycandan öz yurd yerlərindən deportasiya olunmuş soydaşlarımız, tanınmış ailələr və ziyalılardan bəhs edir.
Sənədli ekran əsərində Azərbaycan xalqının min illər böyu böyük mədəniyyət yaratdığı Qərbi Azərbaycanın tarixi, etnoqrafiyası, məşhur şəxsiyyətləri, zəngin mətbəxi, hadisələrdən böyük əziyyət çəkən insanların taleyi və bir neçə ailənin həyat hekayəsi əks olunub.

Filmdə vurğulanır ki, Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisində) azərbaycanlı əhali XX əsrdə dörd dəfə kütləvi deportasiyaya məruz qalıb və bu deportasiyalar zamanı 1 milyondan çox azərbaycanlı öz vətənlərini tərk edərək qaçqın həyatı yaşamağa məcbur olublar. Buna baxmayaraq, qərbi azərbaycanlılar öz adət-ənənələrini qoruyub, gələcək nəsillərə çatdırırlar.

Filmdə əsas ideya budur ki, “Nəsil ağac”larının budaqları Azərbaycan Respublikasında olsa da, onun kökləri tarixi Qərbi Azərbaycan torpaqlarındadır. Onlar böyük faciələr, çətin günlər yaşasalar da, həmişə öz doğma torpaqlarına qayıdacaqları günü ümidlə gözləyirlər.
Qeyd edək ki, filmin ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri Elnur Niftəliyevdir.

Film Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Türk dilinə çevrilib.

Məhəmməd,
Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31