manera.az
manera.az

Azərbaycan filmi Özbəkistanda nümayiş etdiriləcək

Azərbaycan filmi Özbəkistanda nümayiş etdiriləcək
“İpək yolunun dürdanəsi” adlı Daşkənd Beynəlxalq Film Festivalında Azərbaycan “Suğra və onun oğulları” filmi ilə təmsil olunacaq.

MANERA.AZ xəbər verir ki, sentyabrın 14-18-də Özbəkistanda keçiriləcək film festivalında dünyanın 40 ölkəsindən 500-ə yaxın xarici kino ulduzu, kinematoqrafçılar və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Sentyabrın 15-də isə festival çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan kino günləri”nin rəsmi açılışı nəzərdə tutulub.

Açılış mərasimində nümayiş etdiriləcək “Suğra və onun oğulları” filmi Bakı Media Mərkəzi, Buta Film, Arizona prodakşın, Salar filmin birgə istehsalıdır.

Filmdə İkinci Dünya müharibəsində Azərbaycanda arxa cəbhədə kənddə yaşayan insanların taleyindən gedir. Çəkilişlərin əksəriyyəti Azərbaycanın Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb.

Qeyd edək ki, sentyabrın 17-də Azərbaycan filmi Özbəkistanın Buxara şəhərində mərkəzi kinoteatrda nümayiş etdiriləcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31