manera.az
manera.az

Polşada Azərbaycan filmi nümayiş olunacaq

📅 10.10.2019 12:19

Polşada Azərbaycan filmi nümayiş olunacaq
Polşada fəaliyyət göstərən “Mədəniyyət Tanıtma Mərkəzi” (Centrum Promocji Kultury) oktyabrın 18-də Azərbaycan istehsallı olan “Əbədi ezamiyyət” sənədli filmini nümayiş etdirəcək.

Manera.az xəbər verir ki, filmin nümayişi Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə həyata keçiriləcək.

Film Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanıdılması məqsədilə 1919-cu ilin yanvarında parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam olunmuş nümayəndə heyətinin taleyindən bəhs edir. Ekran əsəri xalqımızın dünyəvi və demokratik dəyərlərə XX əsrin əvvəlindən sahib olduğunu göstərir.

Filmə giriş pulsuzdur.


Baxış sayı - 1 059 | Yüklənmə tarixi: 10.10.2019 12:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930