manera.az
manera.az

Füzuli Dövlət Dram Teatrına yeni təyinat

📅 01.11.2024 14:42

Füzuli Dövlət Dram Teatrına yeni təyinat
Füzuli Dövlət Dram Teatrına yeni baş rejissor təyin olunub.

MANERA.AZ xəbər verir ki, bu vəzifə Nicat Mirzəzadəyə tapşırılıb.

Nicat Qəriboğlu Mirzəzadə 1991-ci il fevralın 14-ü İmişli rayonunda anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissorluğu fakültəsinə qəbul olunub. 2012-ci ildə ixtisası üzrə fərqlənmə diplomu ilə ali təhsilini başa vurub. 2014-2021-ci illərdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında quruluşçu rejissor vəzifəsində fəaliyyət göstərib. 2021-ci ildən Füzuli Dövlət Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışır.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif illərdə gənc yazar kimi Prezident təqaüdünə (2020), Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən "Ümüd" mükafatına (2022), eləcə də teatr sahəsində uğurlu fəaliyyətinə görə Prezident mükafatına (2023-2024) layiq görülüb.


Baxış sayı - 286 | Yüklənmə tarixi: 01.11.2024 14:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930