manera.az
manera.az

Gəncə Dövlət Dram Teatrına yeni baş rejissor təyin edilib

Gəncə Dövlət Dram Teatrına yeni baş rejissor təyin edilib
Gəncə Dövlət Dram Teatrına yeni baş rejissor təyin edilib.

MANERA.AZ xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Əhmədov Elşad Eldar oğlu teatra baş rejissor təyin olunub.

Qeyd edək ki, Elşad Əhmədov uzun illərdir teatrda rejissor vəzifəsində çalışıb. O, 1 noyabr 1981-ci ildə Gəncə şəhərində anadan olub. 1998-ci ildə AzDMİU-nun Teatr və Kino sənəti fakültəsinin Dram-Kino aktyorluğu ixtisası üzrə Həsənağa Turabovun kursuna qəbul olunub.

2002-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi A.M.Şərifzadə adına “ÜFÜQ XXI” Eksperimental Tamaşalar Festivalında S.Bekketin “İlk məhəbbət” hekayəsi əsasında hazırlanmış eyniadlı monotamaşadakı ifasına görə, festivalın “Ən cəsarətli yaradıcılıq işi” nominasiyası ilə təltif olunub.

Elşad Əhmədov 2014-cü ildən Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlamış və bir çox tamaşalara quruluş verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930