manera.az
manera.az

Naxçıvan Dövlət Milli Dram Teatrına yeni baş rejissor təyin olunub

📅 12.04.2023 12:57

Naxçıvan Dövlət Milli Dram Teatrına yeni baş rejissor təyin olunub
Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrına yeni baş rejissor təyin olunub.

MANERA.AZ xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Mir Qabil Əkbərov mədəniyyət müəssisəsinin baş rejissoru təyin edilib.

Qeyd edək ki, Mir Qabil Əkbərov 1997-ci ildə Naxçıvan şəhərində, respublikanın Xalq artisti Yasəmən Ramazanovanın ailəsində anadan olub. 2010-2015-ci illərdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında aktyor kimi çalışıb. 2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakültəsinin "dram rejissoru" ixtisasına qəbul olub. 2019-cu ildə təhsilini başa vurduqdan sonra "dram rejissoru" ixtisası üzrə magistratura pilləsinə qəbul olub. 2017-ci il oktyabrın 28-də Müstəqil Şah Mat Teatrını yaradıb. Tacikistanın Düşənbə, Rusiyanın Moskva, İran İslam Respublikasının Tehran və Təbriz, Türkiyə Cümhuriyyətinin Bursa və Qars şəhərlərində Beynəlxalq Teatr festivallarında iştirak edib.

Naxçıvan Dövlət Milli Dram Teatrına yeni baş rejissor təyin olunub



Baxış sayı - 735 | Yüklənmə tarixi: 12.04.2023 12:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930