manera.az
manera.az

Lənkəran Teatrına yeni baş rejissor təyin olundu

Lənkəran Teatrına yeni baş rejissor təyin olundu
Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Anar Sadıqov Lənkəran Dövlət Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

Teatrın ədəbi-dram hissə rəhbəri Ağaddin Babayevin MANERA.AZ-a verdiyi məlumata görə, yanvarın 19-da Mədəniyyət Nazirliyinin nümayəndələri Könül Əliyeva-Cəfərova və Günay Hümbətova onu kollektivə təqdim ediblər.

Teatrın direktoru Tofiq Heydərov çıxış edərək yeni baş rejissorun fəaliyyəti üçün hər cür dəstəyin göstəriləcəyini, yaradıcı kollektivin A.Sadıqov kimi gənc, perspektivli gənclərə böyük ümid bəslədiyini bildirib.

Sonda A.Sadıqov ona göstərilən etimada görə təşəkkürünü çatdıraraq üzərinə düşən vəzifənin öhdəsindən gəlmək üçün əlindən gələni əsirgməyəycini bildirib.

Qeyd edək ki, Anar Babalı oğlu Sadıqov 1986-cı ildə Bakı şəhərində anadan olub. 1993-2004-cü illərdə Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 192 saylı orta məktəbdə oxuyub. 1995-2000-ci illərdə Zabrat qəsəbəsində yerləşən 32 saylı Uşaq Musiqi Məktəbində qarmon ixtisası üzrə təhsil alıb. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olaraq 2009-cu ildə Universiteti fərqlənmə diplomu ilə bitirib.

2009-2010-cu illərdə Rəhman Əlizadənin yaratdığı Satira Teatr Studiyasında aktyor, 22 fevral 2010-01 iyun 2011-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor və aktyor kimi çalışıb. İ.Məlikzadənin “Hərənin öz ulduzu” əsərinə quruluş verib. 08 sentyabr 2011-07 yanvar 2011-ci illərdə Maştağa qəsəbəsində yerləşən H.A.Abbasov adına Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Uşaq” dram dərnəyinin rəhbəri vəzifəsində işləyib. 2011-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü ilə Moskvada keçirilən Çexov Festivalı ərəfəsində masterklass dərslərində iştirak edib. 2012-2013-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında köməkçi rejissor vəzifəsində işləyib. İ.Əfəndiyevin “Boy çiçəyi”, Maks Frişin “Don Juan və həndəsəyə məhəbbət” tamaşalarında rejissor assistenti olub.

A.Sadıqov 2013-ci ildə Trem Tv Productionda köməkçi rejissor vəzifəsində işləyib. 07 yanvar 2014-01 fevral 2016 -cı illərdə isə Azərbaycan Dövlət Musiqili Dram Teatrında O.Kazımi və R.Heydərin “Qızıl toy”, Ü.Hacıbəyovun “O olmasın, bu olsun”, A.Sadıqovun “Yatmış gözəl və cırtdanlar” (eyni zamanda ssenari müəlifi), T.Vəliyevanın “Mən dəyərəm min cavana”, S.Rəhmanın “Əliqulu evlənir”, E.Sabitoğlu, Y.Şvartsın “Qırmızı Papaq” tamaşalarında rejissor assistenti vəzifəsində çalışıb.

2016-cı ildən Akademik Milli Dram Teatrında rejissor vəzifəsində işləyib. Bu sənət ocağında A.Sadıqovun “Keçəlin şahlığı”, “Aldanmış ulduzlar” əsərlərinə quruluş verib, Xalq artisti Azər Paşa Nemətovun quruluşunda “Ölülər” tamaşasında isə rejissor olub. A.Sadıqov Lənkəran Dövlət Dram Teatrına təyin olunduğu müddətədək Akademik Musiqili Dram Teatrında rejissor vəzifəsində çalışıb.

Lənkəran Teatrına yeni baş rejissor təyin olundu
Lənkəran Teatrına yeni baş rejissor təyin olundu
Lənkəran Teatrına yeni baş rejissor təyin olundu
Lənkəran Teatrına yeni baş rejissor təyin olunduБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031