"Azdrama"da premyera: "Tanrı quşu gəlmədi"
Oktyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Tanrı quşu gəlmədi" tamaşasının premyerası olacaq.
MANERA.AZ xəbər verir ki, premyera Akademik Milli Dram Teatrının “Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində baş tutacaq.
Yeni layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında rejissor Anar Babalının Lənkəran Dövlət Dram Teatrında quruluş verdiyi, psixoloji-dram janrında olan səhnə əsəri günah, qisas və yalan haqqındadır.
Yeni yaradıcılıq işində rollarda xalq artisti Qabil Quliyev, Qızılgül Quliyeva, Saleh Əzimzadə, Gülər Kərimova, Elçin Hacı, Əlizamin Abbasov və İmaməli Əsgərov çıxış edir.
Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Aydan Əliyevadır. Tamaşada istifadə olunan mahnının sözləri Banu Məhərrəmindir.