manera.az
manera.az

Rus Dram Teatrında sevgi oyunu

📅 07.11.2022 17:09

Rus Dram Teatrında sevgi oyunu
Noyabrın 12-də Akademik Rus Dram Teatrında tanınmış dramaturq Leon Aqulyanskinin pyesi əsasında hazırlanmış “Sevgi. İt@. Nöqtə.RU” (“Любовь.Собак@.Точка.RU”) tamaşasının premyerası olacaq.

MANERA.AZ xəbər verir ki, müasir əsərə fərqli səhnə yozumunu teatrın baş rejissoru, Xalq artisti Şarovski verib.

Tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Rəsulova, xoreoqrafik həll üzrə tərtibatçısı Xalq artisti Aleksandra Nikuşinadır.

İki nəfərlik komediya janrlı oyunda rolları Xalq artisti Aleksandra Nikuşina və Əməkdar artist Yuri Omelçenko ifa edirlər.


Baxış sayı - 489 | Yüklənmə tarixi: 07.11.2022 17:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930