manera.az
manera.az

Füzuli teatrında premyera

Füzuli teatrında premyera
10 mart – Milli Teatr Günü münasibətilə Füzuli Dövlət Dram Teatrında “Nar şirəsi” tamaşasının premyerası olacaq.

Teatrdan MANERA.AZ-a bildirilib ki, Səbinə Haqverdiyevanın “Nar şirəsi” pyesi əsasında ərsəyə gələn birpərdəli səhnə aktı psixoloji dram janrında hazırlanıb. Tamaşaya gənc və istedadlı rejissor Nicat Mirzəzadə quruluş verib.

Həyatı sevmək və onun uğrunda mübarizə aparmağın səhnə təsviri olan “Nar şirəsi”nin quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

Tamaşada rolları Sehran Xanlarov, Sevinc Məmmədova, İntizar Quliyeva, Emin Abışov, Nicat Süleymanzadə, Orxan Təvəkküllü və başqaları ifa edirlər.

Qeyd edək ki, həmin gün teatrsevərlər üçün ekskursiya da təşkil olunacaq. Qonaqlar teatr sexləri (musiqi, geyim, dekorasiya,) ilə tanış olmaq, tamaşa üçün hazırlanan eskiz, paltar, butaforlara baxmaq, ümumilikdə prosesin icrası ilə tanış olmaq imkanı qazanacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031